Supercell oyunları üçün gems və pass-lar — Azərbaycanda manatla
DolPh Game-də Brawl Stars gems, Brawl Pass, Pass Plus və Pro Pass, Clash of Clans gems və Gold Pass, Clash Royale gems və Diamond Pass, Hay Day diamonds və Farm Pass, Squad Busters coins və Super Pass alırsan. Ödəniş manatla, yerli üsullarla — xarici kart lazım deyil.
Paketlər oyunun öz mağazasından, hesabına daxil olmaqla yüklənir. Buna görə oyundakı xüsusi təklifləri də («Özəl təkliflər») sifariş edə bilərsən. Hər alışda bonus xal qazanırsan (100 bonus = 1 AZN).
Supercell paketləri necə yüklənir? (addım-addım)
- Paketi seç: oyunu və lazım olan gems və ya pass paketini seç, «İndi al» düyməsinə bas.
- Məlumatları yaz: hesabının Supercell ID mailini və WhatsApp nömrəni qeyd et, ödənişi tamamla.
- Kodu bildir: operator hesabına daxil olanda Supercell mailinə 6 rəqəmli kod göndərir — onu WhatsApp-da operatora yaz.
- Paket hesabında: operator paketi yükləyir və hesabdan çıxır. Status Sifarişlərim bölməsində görünür.
Supercell sifarişləri nə vaxt icra olunur?
Supercell paketləri avtomatik yox, operator tərəfindən yüklənir — hər gün 11:00–00:00 arası. Bu saatlardan kənar verilən sifarişlər növbəti gün saat 11:00-dan sonra icra olunur. Sifariş verəndən sonra WhatsApp-ı açıq saxla ki, kodu tez bildirə biləsən.
Hesabıma daxil olmaq təhlükəsizdirmi?
Şifrən istənmir: Supercell ID girişi yalnız mailinə gələn birdəfəlik 6 rəqəmli kodla olur və kod qısa müddət keçərlidir. Kodu yalnız DolPh Game operatoruna bildir — başqa heç kimə vermə. Paket yükləndikdən sonra operator hesabdan çıxır. Sifariş bizim tərəfimizdən icra olunmasa, problem 24 saat ərzində həll olunur və ya pul geri qaytarılır.

























