Sənə necə kömək edək?
Ən çox verilən sualların cavabları — sifariş, ödəniş, çatdırılma, geri qaytarma və bonuslar.
Hesab və qeydiyyat
Sayt 7/24 işləyir — istənilən vaxt ödəniş edə və avtomatik sifariş verə bilərsən.
Canlı dəstək hər gün 11:00 — 00:00 arası cavab verir. Hesab daxilində icra olunan bəzi məhsullar da bu saatlarda tamamlanır.
Bəli, vacibdir — hesabını qoruyur və geri qaytarma proseslərində istifadə olunur.
Təsdiq kodu WhatsApp ilə gəlir, ona görə nömrədə WhatsApp olmalıdır. Proses təxminən 30 saniyə çəkir.
- Giriş pəncərəsində «Şifrəni unutmusan?» düyməsinə bas.
- Qeydiyyatda göstərdiyin e-poçt ünvanını yaz — bərpa kodu göndəriləcək.
- Kodu və yeni şifrəni daxil et — hesabına avtomatik daxil olacaqsan.
Hesabına Google ilə qeydiyyatdan keçmisənsə, sadəcə «Google ilə davam et» düyməsini bas.
Yüksək məbləğli alışlarda və ya balansın geri qaytarılmasında sənin kimliyini və 18 yaşdan kiçik olmadığını təsdiqləmək, həmçinin ödənişin sənə məxsus vəsaitlə edildiyinə əmin olmaq üçün şəxsiyyət vəsiqəsi istənə bilər.
Sənədlər yalnız yoxlama üçün istifadə olunur. Kartın tam nömrəsini, CVV və SMS kodlarını heç vaxt istəmirik. Ətraflı: İstifadə şərtləri.
- Saytın yuxarısındakı «Qeydiyyat» düyməsinə bas — Google ilə bir toxunuşla və ya e-poçtla qeydiyyatdan keç.
- Ad, soyad, e-poçt, mobil nömrə və şifrəni yaz.
- Mobil nömrəni WhatsApp kodu ilə təsdiqlə.
Qeydiyyatda 3 bonus hədiyyə olunur, referal linki ilə gələnə 4 bonus.
Tənzimləmələr bölməsində ad, soyad, e-poçt və digər məlumatları dəyişə bilərsən.
Təsdiqlənmiş mobil nömrə təhlükəsizlik üçün kilidlənir — dəyişmək üçün canlı çatda dəstəyə yaz.
Tənzimləmələr bölməsindəki «Hesab silmə tələbi göndər» düyməsi ilə və ya canlı çatda müraciət et. Təhlükəsizlik üçün tələb əl ilə yoxlanılır.
Qanunla saxlanılması tələb olunan sifariş və ödəniş qeydləri istisna olmaqla, məlumatların silinir (Məxfilik siyasəti).
Sifariş və ödəniş
Addımlar məhsulun növündən asılıdır:
- ID ilə yükləmə (top-up) — PUBG Mobile, Free Fire, Mobile Legends, Delta Force, Honor of Kings, Blood Strike, Genshin Impact və s.: paketi seç, oyunçu ID-ni yaz, ödə. API ilə bağlı oyunlarda valyuta avtomatik yüklənir — şifrə istənmir.
- E-pin və hədiyyə kartları — Valorant VP, Steam, PlayStation, PUBG Epin və s.: ödənişdən sonra kod Sifarişlərim bölməsində görünür.
- Hesab daxili məhsullar — Brawl Stars, Clash of Clans, eFootball, Standoff 2 (hesab içi) və s.: tələb olunan giriş məlumatlarını yaz, sifariş iş saatlarında (11:00–00:00) əl ilə icra olunur.
- Rəqəmsal abunəliklər — Netflix, Spotify, ChatGPT və s.: e-poçt və ya WhatsApp nömrəni yaz, məlumatlar sənə göndərilir.
- Sosial media xidmətləri — profil, post və ya video linkini yaz.
Hər məhsulun səhifəsində hansı məlumatın lazım olduğu və çatdırılma qaydası yazılıb.


- Qəbz ilə (saytdakı karta kartdan karta və ya terminaldan köçürüb qəbzi yükləyirsən) — 0%; əməkdaş təsdiqləyəndən sonra balansa yazılır (11:00–00:00)
- Terminal / m10 — müştəri kodu ilə («Əyləncə» → DolphGame) — 3%; avtomatik, təsdiq gözləmədən dərhal balansa
- Birbank QR — 1,5%
- Bank kartı ilə onlayn — FPay 2,8%, Epoint 3%
- Hesab balansı ilə sifariş — 0%
Qəbz ilə ödənişdə balansına kartımıza faktiki gələn məbləğ yazılır. Məsələn, eManat terminalından Kapital Bank kartına köçürəndə terminal öz komissiyasını tutur və balansına ondan sonra qalan məbləğ düşür. Komissiyasız ödəmək üçün MilliÖN terminalından istifadə et.
Komissiya ödəniş səhifəsində ödənişdən əvvəl göstərilir.
Balans artır səhifəsində sənə uyğun üsulu seç: terminal (MilliÖN, eManat, Expresspay), m10, Birbank QR, bank kartı və ya kartdan karta köçürmə.
Terminal ilə ödəyəndə qəbzi saxla — problem olarsa lazım olacaq. MilliÖN və eManat-da artıq qalan məbləğ avtomatik balansına yazılır.
Bütün sifarişlərin, kodların və statuslar Sifarişlərim bölməsindədir. Mobildə aşağı menyudakı «Sifarişlər» düyməsindən də keçə bilərsən.
Dərhal saytdakı canlı çatda sifariş nömrəsi ilə yaz — sifariş hələ icra olunmayıbsa kömək edə bilərik.
Məhsul yanlış ID-yə uğurla çatdırılıbsa, o geri qaytarılmır — ona görə ödənişdən əvvəl ID-ni mütləq yoxla.
Free Fire, Mobile Legends, Valorant və digər bəzi oyunlarda paketlər regiona görə ayrılır (məs. Free Fire Azərbaycan, Avropa, Braziliya; Valorant EU & AZE, TR).
Hesabının regionuna uyğun olmayan paket yüklənmir və ya kod aktivləşmir — sifarişdən əvvəl regionu yoxla. Bilmirsənsə, canlı çatda soruş.
Avtomatik məhsullar ödənişdən dərhal sonra çatdırıldığı üçün ləğv edilmir.
Hesab daxili və ya manual icra olunan sifariş hələ başlamayıbsa, dərhal canlı çatda sifariş nömrəsi ilə yaz — imkan olarsa ləğv edib məbləği balansına qaytarırıq.
- Kart və QR — bir neçə dəqiqə gözlə və Ödənişlərim bölməsində statusu yoxla.
- Terminal — ödənişin müştəri kodu ilə edildiyini yoxla və qəbzi saxla.
- Balans hələ də artmayıbsa — canlı çatda qəbzin və ya əməliyyatın şəkli ilə yaz.
Balansın bütün mədaxil və məxaricləri Əməliyyatlarım bölməsində görünür.
Bəli — məhsulları səbətə əlavə edib birlikdə ödəyə bilərsən. Hər məhsul üçün tələb olunan məlumatı (ID, link və s.) ayrıca yazırsan.
Çatdırılma
- API ilə avtomatik yüklənən oyunlar (PUBG Mobile, Free Fire, Mobile Legends və s.) və e-pin / hədiyyə kartları — adətən ~30 saniyə, 7/24.
- Hesab daxili məhsullar, bəzi abunəliklər və manual xidmətlər — iş saatlarında (11:00–00:00) növbəyə görə, adətən 1–24 saat.
- Sosial media xidmətləri — sifarişin həcmindən asılı olaraq tədricən icra olunur.
Dəqiq çatdırılma qaydası hər məhsulun səhifəsində göstərilir.
- 2–3 dəqiqə gözlə, oyundan çıxıb yenidən daxil ol.
- Daxil etdiyin oyunçu ID-ni və Sifarişlərim bölməsində statusu yoxla.
- Hələ də yoxdursa — canlı çatda sifariş nömrəsi ilə yaz.
Problem bizdəndirsə və 24 saat ərzində həll olunmursa, məbləğ komissiyasız geri qaytarılır.
Steam balans artır səhifəsində Steam login-ini yaz və məbləği seç — şifrə istənmir. Balans adətən 1–2 dəqiqəyə hesabında olur.
Xidmət MDB regionu (USD Wallet) Steam hesabları üçündür.
- Kod ödənişdən sonra Sifarişlərim bölməsində görünür — kopyala.
- Kodu məhsulun rəsmi platformasında aktivləşdir (məs. PUBG Mobile UC e-pin — Midasbuy, Valorant — oyun daxilində, Steam — Steam Wallet).
- Aktivləşdirmə qaydası məhsulun səhifəsində ətraflı yazılıb.
Kodu heç kimlə paylaşma — aktivləşdirilmiş kod geri qaytarılmır.
- Sifarişdə tələb olunan giriş məlumatlarını yazırsan (məs. Supercell e-poçtu).
- Komandamız iş saatlarında (11:00–00:00) hesaba daxil olub paketi yükləyir.
- Proses zamanı hesaba daxil olma və kodu yalnız istənildikdə göndər.
- Xidmət bitdikdən sonra şifrəni dəyişməyi tövsiyə edirik.
Geri qaytarma
Bizim səhvimizdirsə (məhsul çatmayıb, stok bitib, ikiqat ödəniş və s.) və problem 24 saat ərzində həll olunmursa — məbləğ tam, komissiyasız qaytarılır.
Balansı öz istəyinlə geri istəyirsənsə:
- minimum 10 AZN, ildə ən çox 3 dəfə;
- 5% xidmət haqqı tutulur (min. 5 AZN);
- təhlükəsizlik üçün şəxsiyyət və kartın sənə məxsus olduğu yoxlanılır;
- vəsait ödənişin edildiyi karta qaytarılır (bankdan asılı olaraq 5–10 iş günü);
- 18 yaşdan kiçiksənsə, vəsait yalnız valideyninə və ya qanuni nümayəndənə qaytarılır.
Ətraflı: Geri qaytarma siyasəti.
- Bizim səhvimizdirsə — balansa dərhal; karta qaytarma tələb etsən 1 iş günü ərzində göndərilir.
- Öz istəyinlə — yoxlama başa çatdıqdan sonra 3 iş günü ərzində göndərilir.
- Karta düşməsi bankdan asılı olaraq 5–10 iş günü çəkə bilər.
- Məhsul hesabına uğurla çatdırılıb, kod göstərilib və ya aktivləşdirilib.
- Yanlış ID, region və ya hesab məlumatı yazılıb və məhsul ona çatdırılıb.
- Oyun hesabı oyun şirkəti tərəfindən bloklanıb.
- Ödəniş rəsmi üsullardan kənar başqa hesaba edilib.
Ətraflı: Geri qaytarma siyasəti.
Bonus və referal
- Qeydiyyatda 3 bonus hədiyyə olunur, referal linki ilə gələnə 4 bonus.
- Hər məhsulun altında onun öz bonusu yazılıb — sifariş tamamlananda həmin bonus hesabına düşür.
- Balans artırılmasına hazırda bonus verilmir.
100 bonus = 1 AZN — bonusları Bonuslarım səhifəsindən balansa çevir. Minimum 100 bonus lazımdır; 110 bonusun varsa, hamısını birdəfəyə (1,10 AZN) çevirə bilərsən.
Müddət: xoş gəldin bonusu 90 gün, sifarişlərdən qazanılan bonus 365 gün aktiv qalır. Bu müddətdə istifadə etməsən, bonus silinir.
- Paylaş: Referal səhifəsindən şəxsi kodunu və ya linkini dostuna göndər.
- Dostun qazanır: linklə qeydiyyatdan keçəndə 4 bonus alır və ilk 5 sifarişindən adi müştəridən daha çox bonus qazanır.
- Sən qazanırsan: dostunun sifarişlərindən qazanc sənin referal balansına yazılır.
Dəqiq faizləri və qazancını Referal səhifəndə görə bilərsən. Sifarişdə neçə məhsul olsa da 1 sifariş sayılır.
Xeyr. Bonuslar 100 bonus = 1 AZN nisbətində yalnız hesab balansına çevrilir və saytda sifarişlər üçün istifadə olunur. Başqa hesaba ötürülmür.
Dəvət etdiyin dostların sifarişlərindən qazanc referal balansına yazılır. Referal balansı Referal səhifəsində göstərilən limitə çatanda onu əsas balansa köçürə və sifarişlər üçün istifadə edə bilərsən.
Rəqəmsal abunəliklər
Bəli, bütün abunəliklər 100% orijinaldır və xidmətin rəsmi platformasında işləyir.
Ödənişdən sonra hesab məlumatları e-poçtuna və ya sifarişdə göstərdiyin WhatsApp nömrəsinə göndərilir. Abunəliyin müddəti bitəndə həmin nömrəyə xatırlatma da göndərə bilərik.
Müddət bitəndə sifarişdə göstərdiyin WhatsApp nömrəsinə xatırlatma göndərə bilərik. Davam etdirmək üçün eyni abunəliyi yenidən sifariş et.
Abunəlik müddəti boyunca problem yaranarsa canlı çatda yaz — həll edirik.
Məhsuldan asılıdır: əksər abunəliklərdə WhatsApp nömrəsi, bəzilərində e-poçt və ya profil tagı (məs. Telegram Premium üçün @username) istənir. Lazım olan sahələr məhsul səhifəsində göstərilir.
Təhlükəsizlik
- Güclü şifrə seç — ən az 8 simvol, hərf və rəqəm.
- Şifrəni və təsdiq kodlarını heç kimlə paylaşma — DolPh Game əməkdaşları onları heç vaxt istəmir.
- Yalnız rəsmi dolphgame.com saytından istifadə et, şübhəli linklərə klikləmə.
- Hesab daxili xidmətdən sonra oyun hesabının şifrəsini dəyiş.
Bəli. Kart ödənişləri lisenziyalı ödəniş sistemləri (Epoint, FPay) üzərindən, 3D Secure təsdiqi və SSL şifrələməsi ilə aparılır. Kart məlumatların bizdə saxlanılmır.
- Yalnız rəsmi dolphgame.com ünvanından alış et.
- DolPh Game heç vaxt şifrəni, kartın tam nömrəsini, CVV və ya SMS kodunu istəmir.
- Ödənişi yalnız saytdakı rəsmi ödəniş üsulları ilə et — başqa kartlara köçürmə etmə.
- Şübhəli mesaj alsan, canlı çatda bizə xəbər ver.
Sifariş və ödəniş bildirişləri saytın yuxarısındakı zəng ikonunda və Bildirişlər bölməsində görünür. Vacib bildirişlər e-poçtuna da göndərilir.

