Free Fire almaz al — Vyetnam serveri
Hesabın Vyetnam serverindədirsə, bu bölmədən al: oyunçu ID-ni yaz — adın və serverin avtomatik yoxlanılır, sonra ödə. Şifrə istənmir.
Məhsullar
(10 variant)Almaz paketləri7
Həftəlik və aylıq abunələr3
Free Fire almaz al — Vyetnam serveri — necə işləyir?
Bu bölmədəki paketlər yalnız Vyetnam serverində açılmış Free Fire hesabları üçündür. Almaz oyunçu ID-nə birbaşa yüklənir: kod aktivləşdirmək, hesab şifrəsi və ya giriş məlumatı vermək lazım deyil.
Hesabın bu serverdədirmi? Sifarişdə avtomatik yoxlanılır
Sifariş pəncərəsində oyunçu ID-ni yazan kimi hesabın adı və serveri avtomatik göstərilir. Ad sənin nikinlədirsə və server «Vyetnam» kimi görünürsə, ödənişə keçə bilərsən.
Hesab başqa serverdədirsə, sifariş bu bölmədən verilmir — sistem sənə uyğun server bölməsini göstərir. Beləcə almaz səhv serverə getmir və pulun boşa çıxmır.
Free Fire almazı necə alınır? (addım-addım)
- 1ID-ni tap: Free Fire-ı aç, sol yuxarı küncdə profil şəklinə toxun — nikinin altındakı rəqəmlər sənin ID-ndir.
- 2Paketi seç: almaz və ya üzvlük paketini seç və «İndi al» düyməsinə bas.
- 3ID-ni yapışdır: hesabının adı və serveri görünür — düzgündürsə «Ödənişə keç»-ə bas.
- 4Ödə: balans, bank kartı və ya Birbank QR ilə. Sifarişin statusu Sifarişlərim bölməsində görünür.
Free Fire almazı nəyə lazımdır?
Almaz (Diamond) Garena Free Fire-ın oyundaxili valyutasıdır: personajlar, silah və geyim skinləri, Booyah Pass, emotlar və tədbir mükafatları onunla alınır. Yüklənən almazı dərhal oyundakı mağazada işlədə bilərsən.
Üzvlük paketləri almazı hissə-hissə və daha ucuz verir: bir hissəsi dərhal gəlir, qalanını hər gün oyuna girib götürürsən. Götürülməyən günün almazı itə bilər. Paketlərin tərkibi Garena-nın təklifinə görə serverdən-serverə fərqlənə bilər.
Ödəniş üsulları və bonus
Bank kartı (Visa, Mastercard) və Birbank QR ilə sifarişdə birbaşa ödəyə bilərsən. M10, MilliÖN, eManat və Expresspay ilə əvvəlcə DolPh balansını artırırsan, sonra «Balans» ilə ödəyirsən — balansla ödənişdə komissiya yoxdur. Hər alışda bonus xal qazanırsan (100 bonus = 1 AZN).
Tez-tez verilən suallar
Yalnız Vyetnam serverindəki Free Fire hesabları üçün. Azərbaycanda açılan hesabların çoxu Azərbaycan və MDB serverindədir — onlar üçün «Azərbaycan / MDB» bölməsini seç.
Sualın qaldı?












